ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Gundeminfo.az xəbər verir ki, son məlumata görə, 149 nəfər hələ də itkin düşmüş hesab olunur.

Dağıntılar altından ölənlərlə birgə 35 nəfəri çıxarmaq mümkün olub. Sağ qalanların bəziləri travma alıb.

Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 23-dən 24-nə keçən gecə qəfildən çöküb. Hadisə bölgəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisənin səbəbləri hələlik müəyyən olunmayıb. Ərazidə polis, yanğından mühafizə xidməti və xilasedicilər çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...