KİV: Kanadada son 5 gündə azı 486 nəfər anomal istidən ölüb

KİV: Kanadada son 5 gündə azı 486 nəfər anomal istidən ölüb

Kandanın qərbindəki Britaniya Kolumbiyası əyalətində azı 500-ə yaxın insanın qeyri-adi istinin qurbanı olduğu güman edilir.

Gundeminfo.az
xəbər verir ki, bu barədə yerli polisə istinadən CBC telekanalı bildirib.

Məlumata görə, polis son beş gün ərzində Vankuver, Barnabi və Surrey şəhərlərində vətəndaşların 486 qəfil ölümünü qeydə alıb. Bu insanların ölümünün havanın qeyri-adi yüksək hərarəti ilə bağlı olduğu güman olunur. Ölənlərin çoxu təqaüdçülərdir.

Yerli meteobüronun məlumatına görə, Litton şəhərində çərşənbə axşamı mütləq temperatur maksimumu qeydə alınıb. Havanın hərarəti rekord 49,5 dərəcəyə qalxıb. Britaniya Kolumbiyasında əvvəlki rekord 1941-ci ildə qeydə alınıb və 44,4 dərəcə təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...