İndoneziyada karantin rejimi sərtləşdirilir

İndoneziyada karantin rejimi

İndoneziya prezidenti Coko Vidodo koronavirusun “Delta” ştammının yayılması ilə əlaqədar iyulun 3-dən etibarən karantinin sərtləşdiriləcəyini bəyan edib.

Gundeminfo.az xarici KİV-ə istindən xəbər verir ki, bu barədə o, milli televiziyada çıxışı zamanı bildirib.

“Son günlərdə vəziyyət sürətlə pisləşir və bu da bizdən qəti addımlar tələb edir. Ən ciddi məhdudiyyətlər vəziyyətin daha ağır olduğu Yava adasında və Bali vilayətində qüvvəyə minəcək”, - ölkə başçısı bildirib.

Prezident bu rejimin iyulun 20-dək davam edəcəyini deyib.

Xatırladaq ki, son günlər ölkədə yoluxma sayında rekord artım templəri qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
426 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...