Delta ştammı tüğyan edir: Ordu və polis səfərbər oldu

Delta ştammı tüğyan edir:

İyulun 1-dən Banqladeşdə sərt lokdaun başlanıb. İndoneziyada isə fövqəladə tədbirlər elan olunub. Koronavirusun yüksək yoluxucu delta ştammı Asiyada yoluxmaları kəskin artırır.

Banqladeş hökuməti bir həftə çəkəcək lokdauna nəzarət üçün ordu və polisi səfərbər edib. 168 milyon əhalisi olan ölkədə mağazalar, ofislər bağlanıb, sakinlərə evdən çıxmamaq göstərişi verilib.

Banqladeş, İndoneziya

Lokdaun bu yoxsul, sıx məskunlaşmış Cənubi Asiya ölkəsinə daha bir iqtisadi zərbədir. İqtisadiyyata və onsuz da sıxıntı içində olan qlobal təchizat zəncirinə təzyiqi azaltmaqdan ötrü hökumət ölkənin əsas ixrac sektoru olan geyim istehsalı fabriklərinin işləməsunə icazə verib.

Lokdaun öncəsi onminlərlə miqrant fəhlə paytaxt Dakanı tərk edib. Bu isə virusun yayılması üçün yeni imkanlar deməkdir.

Banqladeş kimi vaksinasiya zəif gedən ölkələrdə delta ştammı vüsət alır. Hökumətlərsə qadağalar tətbiq etməli olurlar.

Dünyanın məskunlaşmaya görə dördüncü ölkəsi olan İndoneziyada iyulun 2-dən yeni fövqəladə tədbirlər açıqlanıb. Hökumət qadağaların detallarını daha sonra açıqlayacaq.

Avstraliya isə lokal səviyyədə yoluxmaları ayrı-ayrı şəhərlərdə qısamüddətli lokdaunlarla üstələməyə çalışır. Malayziyada iyulun 1-dən lokdaun, Tailandda isə yeni qadağalar tətbiq olunur.

Avropa

Bu arada delta ştammı Avropada da əndişələri gücləndirir, Rusiyada gündəlik yüzlərlə ölüm, Portuqaliyada isə qışdan bəri ən yüksək yoluxma sayı qeydə alınıb.

Portuqaliya mayın ortasından Avropa Birliyi və Britaniyadan ziyarətçilərin üzünə sərhədləri açılıb. Amma yoluxmaların artması onu bir sıra qadağalara vadar edib.

İspaniyada da koronavirusa yoluxmalar artır. Ölkə əhalisinin 37 faizinə artıq peyvənd vurulduğu bildirilir. Səhiyyə Nazirliyi gənclər və peyvənd olunmamış qruplar arasında yoluxmalarda artım olduğunu deyir.

Almaniyada isə delta ştammı bu həftə COVID-19-a yeni yoluxmaların təxminən yarısını təşkil edə bilər. Robert Kox İnstitutunun hesabatında belə deyilir.

Ölkədə vaksinasiya yoluxma səviyyəsini ümumilikdə azaltsa da, daha yoluxucu delta ştammı bu tendensiyanı dəyişə bilər.

Delta ştammı sarıdan narahatlığa baxmayaraq, Fransa iyunun 30-da restoranlar, kinoteatrlar, univermaq və digər ictimai yerlərin tutumuna limiti qaldırıb.

Afrika
Afrika əhalisinin isə bir faizi tam peyvənd olunub. Amma peyvəndlənməylə bağlı çağırışlar da təsirini göstərir.

COVID-19 vaksinlərinin istehsalını artırmaq üçün beynəlxalq donorlar Cənubi Afrikanın bir farmaseptik şirkətinə 700 milyon dollar vəd ediblər.

Dünya Bankı isə inkişaf etməkdə olan ölkələr üçün vaksin fondunu 8 milyarddan 20 milyarda qaldırdığını elan edib.

Meksika, Kanada və Birləşmiş Ştatlarda yoluxmalar azalır, amma regional səhiyyə qurumu Latın Amerikası və Karibdə pandemiyanın hələ güclü olduğunu bildirib.

Latın Amerikası və Karibdə hər 10 nəfərdən yalnız biri tam peyvənd olunub. /Azadliq.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...