Avropa İttifaqında “peyvənd sertifikatı”

Avropa İttifaqında “peyvənd sertifikatı”

Avropa İttifaqı (Aİ) tərəfindən COVID-19 pandemiyası zamanı səyahətin asanlaşdırılması üçün hazırlanan “peyvənd sertifikatı”nın tətbiqi iyunun 1-dən qüvvəyə minib.

Gundeminfo.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Aİ sərhədləri daxilində səyahətlərdə istifadə ediləcək peyvənd sertifikatı müraciəti rəsmi olaraq fəaliyyətə başlayıb.

Pulsuz “Aİ Rəqəmsal COVID Sertifikatı” kağız formasında və ya rəqəmsal formada hazırlanır.

Ayrı-seçkiliyin qarşısını almaq üçün peyvənd edilməyən insanlar da sertifikata sahib ola bilərlər.

Peyvənd sertifikatı şəxsin COVID-19 peyvəndi vurdurub-vurdurmamasını, varsa, harada və hansı peyvəndin vurulmasını, xəstəliyi keçirmiş şəxslərin sağaldığını göstərən sənədin və testin mənfi nəticəsini göstərən məlumatları əks etdirir.

COVID-19 testlərinin PCR növləri səyahətdən 72 saat əvvəl verilib sertifikatda müəyyənləşdirilir.

Sürətli antigen testləri 48 saata qədər əvvəl edilə bilsə də, hər bir ölkə bu testin tanınmasına özü qərar verir.

Aİ-də sertifikatla təsdiqlənmiş COVID-19 peyvəndlərindən “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson and Johnson” qəbul edən və son dozadan 2 həftə keçən insanlara əlavə test və ya karantin kimi məhdudiyyət tətbiq edilmir.

Sertifikat Aİ vətəndaşlarına, milliyyətindən asılı olmayaraq ailələrinə, habelə Aİ vətəndaşı olmayan amma Aİ-də yaşayan şəxslərə və digər Aİ ölkələrinə səyahət etmək hüququ olan qonaqlara verilir.

Peyvənd sertifikatı, bütün Aİ ölkələri ilə birlikdə İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə də etibarlıdır.

Sertifikat üzv ölkələrin dilləri ilə birlikdə ingilis dilində hazırlanır.

Hələlik 12 ay müddətində qüvvədə olan sertifikat səyahətlər zamanı yoxlanılır.

Xarici ölkələrlə Aİ sertifikatının qarşılıqlı tanınması üçün danışıqlar aparılır.

Qeyd edək ki, Avropa İttifaqı iyunun 1-dən Azərbaycandan səyahətlərə icazə verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...