Türkiyəli professor: “Antalya Qahirə kimi olacaq”

Türkiyəli professor: “Antalya Qahirə kimi olacaq”

Türkiyənin Boğaziçi universitetinin professoru Mehmet Levent Kurnaz 2100-cü ildə Antalyanın iqliminin Qahirə kimi olacağını deyib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Antalya eynən Qahirə kimi olacaq. Çukurova, Urfa hamısı eyni formada olacaq. Bu əsrin sonunda tempratur böyük ehtimalla 4-5 dərəcə artacaq”, - deyə professor bildirib.

O qeyd edib ki, artıq istixanalarda istilik üçün yox, soyutma üçün sistemlər olmalıdır. Açıq havada kənd təsərrüfatı istehsalı mümkün olmayacaq. İndi istixanalarda istilik üsulları istifadə olunur, onda soyutma metodlarından istifadə etmək və bol su tapmaq lazım olacaq.

Professor deyib ki, 2100-cü ildə Antaliyada turizm olmayacaq:

“İnsanlar istidən yıxılıb öləcək. Belə zamanlarda tamamilə kondisionerə bağlı yaşayacağıq”.

O vurğulayıb ki, bütün dünya iqlim dəyişikliyinin qarşısı almaq üçün səy göstərməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...