Merkel peyvəndlə bağlı Ukraynaya söz verdi

Merkel peyvəndlə bağlı Ukraynaya söz verdi

Almaniya Ukraynaya 1,5 milyon doza koronavirus peyvəndi verəcək.

Gundeminfo.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

“Bu gün koronavirus pandemiyasına qarşı apardığımız mübarizədə 1,5 milyon doza peyvənd vəd edə biləcəyimizə görə şadam. Bu ilk addımdır” - Merkel deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyada rəsmi səfərdədir. Səfər çərçivəsində Zelenski Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb. Görüşdə əsas müzakirə mövzusu pandemiya və hər iki ölkədə vaksinasiyanın gedişatı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...