Səudiyyə Ərəbistanında ilk dəfə mətbuat konfransını qadın zabit təşkil edib

Səudiyyə Ərəbistanında ilk dəfə mətbuat konfransını qadın zabit təşkil edib

Səudiyyə Ərəbistanında hər il ənənəvi olaraq, həcc mövsümündən əvvəl təhlükəsizlik məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilir.

“Haber Global” məlumat verir ki, bu il mətbuat konfransı zamanı bir ilk yaşanıb.

Belə ki, onun təşkilatçısı qismində qadın zabit çıxış edib.

O, hərbi salam verərək, mikrafonların qarşısına keçib və jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirib. Aber Əl-Raşed adlı xanım zabitin görüntüləri sosial medianın ərəb seqmentində yayılıb və çox sayda bəyənmə toplayıb.

Konfransda zəvvarların qorunması və ziyarətin asanlaşdırılması məqsədilə tətbiq ediləcək təhlükəsizlik tədbirləri barədə məlumat verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
451 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...