CAR-da iğtişaşlarda ölənlərin sayı 72-yə çatdı

CAR-da iğtişaşlarda ölənlərin sayı 72-yə çatdı

Cənubi Afrika Respublikasında iğtişaşlar səngimək bilmir.

“Haber Global”ın məlumatına görə, bugünki etirazlarda da onlarla şəxs ölüb.

Ümumilikdə isə son bir neçə gündə təhlükəsizlik qüvvələrilə toqquşmalarda həlak olan dinc sakinlərin sayı 72-yə çatıb.

Həmçinin, 400 nəfərədək etirazçının saxlanıldığı bildirilib.

Qeyd edək ki, CAR-da iğtişaşlar iyulun 9-dən etibarən başlayıb. Ölkənin keçmiş prezidenti Ceykob Zumanın həbs olunması əhali arasında ciddi narazılığa səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...