İngiltərədə peyvənd əleyhdarları Baş nazirinin iqamətgahına yürüş edib - VİDEO

İngiltərədə peyvənd əleyhdarları Baş nazirinin iqamətgahına yürüş edib -

İngiltərənin paytaxtı Londonda peyvənd əleyhdarları və koronavirus məhdudiyyətlərinə qarşı çıxan şəhər sakinləri kütləvi etiraz aksiyasına toplaşıblar.

TASS agentliyi xəbər verir ki, mitinq iştirakçıları Britaniya Baş nazirinin iqamətgahının yerləşdiyi Dauninq-strit küçəsinə doğru yürüş ediblər.

Hüquq-mühafizə orqanları küçəni mühasirəyə alıb, nümayişçilərin iqamətgaha yaxınlaşmasına imkan verməyiblər.

Etirazçılar COVID-19-la əlaqədar tətbiq edilən məhdudiyyətlərin tam aradan qaldırılması tələbi ilə müxtəlif şüarlar səsləndiriblər.


LINK BURADA


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...