Lukaşenko jurnalistlərlə görüşdə gülünc vəziyyətə düşdü

Lukaşenko jurnalistlərlə görüşdə gülünc vəziyyətə düşdü

Belarusun Prezidenti Aleksandr Lukaşenko Minskdə yerləşən İstiqlal Sarayında media mənsubları, ekspertlər və ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə gülünc vəziyyətə düşüb.

Qaynarinfo Rusiya KİV-ə istinadən xəbər verir ki, o amerikalı media mənsublarından birini Belarusun əyalət jurnalistləri ilə səhv salıb.

Prezidentin mətbuat katibi Natalya Eismont əyalət jurnalistlərinin Lukaşenkoya sual vermədiyinə təəssüfləndiyini bildirib. Bu zaman Lukaşenko "Bu da regiondan olan qız” deyərək zaldakı jurnalistlərdən birini göstərib. Belarus Prezidenti həmin qıza ona sual verməyi təklif edib. Lakin qız özünü təqdim edərkən zalda qəhqəhə qopub və Lukaşenko pərt vəziyyətə düşüb.

Lukaşenkonun əyalət jurnalisti hesab etdiyi həmin qız isə özünü belə təqdim edib: "Valeriya Hopkins, "New York Times” qəzeti”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...