Əfqanıstanın maliyyə naziri ölkədən getdi

Əfqanıstanın maliyyə naziri ölkədən getdi
Əfqanıstanda maliyyə naziri vəzifəsini icra edən Xalid Payənda Əfqanıstanı tərk edib.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin sözçüsü “Blumberq”ə açıqlamasında deyib.

"Payənda Əfqanıstanda gömrük məntəqələrinə nəzarəti və gəlirini itirdiyi üçün ölkəni tərk edib. Payəndanın hara getdiyi barədə heç bir məlumat yoxdur", - deyə sözçü bildirib.

Qeyd edək ki, Taliban son həftə ərzində ölkənin 9 əyalət mərkəzini ələ keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...