Əfqanıstan: Havaya sovrulmuş 2 trilyon dollar, 241 min qətl - Xarabazara çevrilmiş ölkə

Əfqanıstan: Havaya sovrulmuş 2 trilyon dollar, 241 min qətl -

“2001-ci ildə Əfqanıstanı işğal etdikdən sonra ABŞ həm Əfqanıstan, həm də Pakistandakı əməliyyatları əhatə edən müharibəyə 2.26 trilyon dollar xərcləyib”.

Yenisabah.az xəbər verir ki, bu məlumat “Watson” Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İnstitutunun “Əfqanıstan müharibəsində insani və büdcə xərcləri” hesabatında əks olunub.

Hesabatda qeyd edilib ki, bu məbləğə ABŞ hökumətinin müharibə veteranları üçün ömürlük qayğıya xərcləməli olduğu vəsait və müharibəni maliyyələşdirmək üçün borc götürülən pullara gələcək faiz ödənişləri daxil deyil.

İnstitut həmçinin 2001-2021-ci illər arasında Əfqanıstan və Pakistanda müharibədə nə qədər insanın öldüyü ilə bağlı hesabat yayımlayıb.

Məlumata görə, 20 il ərzində Əfqanıstanda 2.442 ABŞ əsgəri, 68-69 min milli hərbçi və polis, 72 media nümayəndəsi, 44 humanitar yardım işçisi, 42.245 mülki vətəndaş, 1.144 müttəfiq birliklərin nümayəndəsi, 51.191 müxalif döyüşçü, 3.846 ABŞ muzdlusu, 6 ABŞ Müdafiə Nazirliyinin mülki əməkdaşı müharibə qurbanı olub.

Ümumilikdə, Əfqanıstanda müharibə dövründə 171.336-174.336 arası insan ölüb. Pakistanda isə bu say 66.714 təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...