Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı

Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı

Məşhur əfqan kinorejissor Sahra Kərimi üç ölkənin köməkliyi ilə Əfqanıstandan çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhra Kərimi öz rəsmi tvitter hesabında məlumat paylaşıb.

“Sağam və təhlükəsiz yerdəyəm”, - deyə məşhur kinorejissor yazıb. Rejissor həmçinin ona ölkədən çıxmağa kömək edən Türkiyəyə, həmin dövlətin səfirliyinə, Ukrayna hökuməti, Xarici İşlər Nazirliyinə və Slovakiyaya təşəkkürünü bildirib.

Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı

Qeyd edək ki, “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdikdən sonra bir çox əfqan kimi Sahra Kərimi də öz həyatı üçün təhlükə yarandığını hiss edib. O, öz sosial media hesablarında Əfqanıstan küçələrində yaşanan qorxunu bütün dünyaya göstərmişdi və “Bizi öldürməyə gəlirlər”,- deyə qeyd etmişdi. Bunun ardınca səfirliklər və beynəlxalq qurumlar məşhur kinorejissorun və daha 11 nəfərin Kabildən qaçmasına kömək edib.
Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı

Xatırladaq ki, 35 yaşlı Sahra Kərimi Çexiya, Slovakiyada təhsil alıb və 2012-ci ildə yenidən Əfqanıstana qayıdıb. Hazırda ölkənin “Afgan Film” şirkətinin icraçı direktorudur və şirkətdə bu vəzifəni tutan ilk qadındır. O, eyni zamanda ölkəsində film sahəsində elmlər namizədi dərəcəsini alan yeganə xanımdır. Kərimi “Hava, Maryam, Ayesha”, “Parlika” və “Yer kürəsinə baxış” kimi məşhur filmlərin rejissorudur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...