“Aeroportun təhlükəsiz şəkildə açıq qalmasına çalışırıq” - Hulusi Akar

“Aeroportun təhlükəsiz şəkildə açıq qalmasına çalışırıq” -
“Kabildəki aeroportun təhlükəsiz şəkildə açıq qalmasına çalışırıq”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Kabildəki aeroportun təhlükəsiz şəkildə açıq qalmasına və bütün Əfqanıstana xidmət etməsinə çalışırıq. İndiyə qədər hava limanına qarşı hər hansı hücum, təcavüz və müdaxilə olmayıb. Vəziyyətin hər an dəyişə biləcəyini nəzərə alaraq hadisələri həssas və diqqətli şəkildə izləyirik. Biz 2002-ci ildən əfqan qardaşlarımızın yanında olmağa davam edirik. Bizim Əfqanıstanla ortaq mədəni, tarixi dəyərlərimiz var. Türkiyənin Əfqanıstana yardım mövzusundakı mövqeyini bütün dünya bilir və təqdir edir. Fəaliyyətimizi davam etdiririk”, - nazir vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...