“Taliban” bir trilyon dollarlıq sərvətin “üzərində oturur” - ARAŞDIRMA

“Taliban” bir trilyon dollarlıq sərvətin “üzərində oturur” -
“Taliban” dünyanın çox ehtiyac duyduğu 1 trilyon dollarlıq mineral “üzərində oturur”.

KONKRET.az xəbər verir ki, CNN-in bu başlıqla oxucularına təqdim etdiyi xəbər gündəm olub.

Əfqanıstan dünyanın ən kasıb ölkələrindən biri kimi göstərilir. Ancaq ABŞ hərbi rəsmiləri və geoloqları ölkənin iqtisadi vəziyyətini kəskin şəkildə dəyişdirə biləcək təxminən 1 trilyon dollar dəyərində mineral yataqlarına sahib olduğunu açıqlayıblar.

2010-cu ildə edilən bu kəşfə görə, dəmir, mis və qızıl kimi mineral ehtiyatlar bütün ölkə ərazisinə səpələnib. Eyni araşdırmaya görə, Əfqanıstan nadir torpaq minerallarına da sahibdir və bəlkə də ən əsası, dünyanın ən böyük litium yataqlarından biri burada yerləşir.

Əfqanıstan Mərkəzi Bankının iyun ayında açıqladığı son maliyyə hesabatına görə, ümumi aktivləri 10 milyard dollardır ki, bunun da 1.3 milyard dolları qızıl ehtiyatları, 362 milyon dolları valyuta pul ehtiyatlarıdır. 1,3 milyard dollarlıq qızıl ehtiyatları Nyu-York Federal Ehtiyat Bankında saxlanılır.

Əfqanıstan Mərkəzi Bankının sədri Əhmədinin sosial media hesabında verdiyi məlumata görə, Əfqanıstan Mərkəzi Bankının 10 milyard dollarlıq ehtiyatının 3,1 milyard dollarını ABŞ xəzinə istiqrazları təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...