Putindən gözlənilməz ADDIM - Bir neçə generalı eyni anda işdən çıxardı

Putindən gözlənilməz ADDIM -
Vladimir Putin Rusiya Daxili İşlər Nazirliyində çalışan bir neçə generalı eyni anda işdən çıxarıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Moskva polisinin üç rəis müavinlərindən ikisi, Natalya Aqafiyeva və Andrey Ponorets, eləcə də Daxili İşlər Nazirliyinin mərkəzi aparatında yüksək vəzifə tutan iki general işdən kənarlaşdırılıb.

Onlardan biri, şöbə müdiri, on ildən çoxdur ki, Daxili İşlər Nazirliyinin Nəqliyyat Baş İdarəsinə rəhbərlik edən Dmitri Şarobarovdur.

Qeyd edək ki, generallardan bəziləri hazırda haqqında cinayət işi açılan və mühakimə edilən Kamçatkanın rəisi Mixail Kiselevə zəmanət durduqları üçün vəzifələrindən azad ediliblər. Digərləri isə qanunla xidmət etmək imkanları olsa da, pensiyaya göndəriliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...