"Bavariya"dan ayrılan dünya çempionu Fransa klubuna keçib

"Bavariya"dan ayrılan dünya çempionu Fransa klubuna keçib
Almaniya millisinin və "Bavariya" klubunun keçmiş müdafiəçisi Jerom Boatenq karyerasını Fransada davam etdirəcək.

"Report"un məlumatına görə, 33 yaşlı müdafiəçi "Lion"la anlaşıb.

Almaniyalı oyunçu tibbi müayinədən keçəcək və iki illik müqavilə imzalayacaq. O, artıq bu gün yeni komandasına qoşulacaq.

Qeyd edək ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Boatenq 2020/2021 mövsümünün sonunda klubdan ayrılıb. O, 2009 - 2019-cu illərdə Almaniya yığmasının formasını geyinib və 2014-cü ildə dünya çempionu olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...