Türkiyə millisi Şenol Güneşlə yollarını ayıra bilər

Türkiyə millisi Şenol Güneşlə yollarını ayıra bilər
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Şenol Güneşlə yollarını ayıra bilər.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis TFF prezidenti Nihat Özdemirlə görüşəcək.

Toplantının ardından qurumun təcrübəli baş məşqçi ilə vidalaşacağı ehtimal edilir. Bundan əlavə, Güneş öz istəyi ilə postunu tərk edə bilər.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub. 2000 - 2004-cü ildə yığmaya rəhbərlik etmiş Şenol Güneş 2019-cu ilin fevralında yenidən komandanın sükanı arxasına keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
973 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...