"Trendyol"un fəaliyyətinin araşdırılmasına başlanılıb

"Trendyol"un fəaliyyətinin araşdırılmasına başlanılıb
Türkiyənin Rəqabət Qurumu "Trendyol" əmtəə nişanının sahibi olan “DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret Anonim Şirkəti”nin fəaliyyətini araşdırmağa başlayıb.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, onlayn platforma malını satmaq istəyən şirkətlərə eyni yanaşmamaqda, rəqabət qanunvericiliyini pozmaqda şübhəli bilinir.

İlkin araşdırma nəticəsində məlum olub ki, "Trendyol" digər şirkətlərin mallarının satışına vasitəçilik etdiyi halda, özünün "TrendyolMilla", "TrendyolMan" və "TrendyolKids" kimi brendlərinə üstünlük hüququ tanıyır, bunun üçün proqram təminatının alqoritmlərini müdaxilə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...