Tiflisdə koronavirusa görə 14 uşaq bağçası bağlandı

Tiflisdə koronavirusa görə 14 uşaq bağçası bağlandı

Tiflisdə koronavirusa görə 14 uşaq bağçası müvəqqəti olaraq bağlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Paytaxt Uşaq Bağçalarını İdarəetmə Agentliyi məlumat yayıb.

Uşaq bağçaları 12 günlük karantin rejiminə keçib.

Agentlik qeyd edir ki, Tiflisdəki dövlət uşaq bağçaları ölkənin Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Protokola əsasən, bir yoluxma hadisəsi aşkar edilsə belə, uşaq bağçası karantin rejiminə, yoluxmuşlarla təmasda olan şəxslər isə özünü təcrid etməyə köçürülür.

Bu ərəfədə paytaxtdakı iki uşaq bağçası karantinə alınıb.

Uşaq bağçalarında təhsil prosesi oktyabrın 4-dən başlayıb.

Tiflisdə 61 mindən çox uşağın tərbiyə olunduğu 180 dövlət uşaq bağçası var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...