Bakıdan qaçan Ocaqnejad hərəkətə keçdi - Süleymaninin xələfi ilə GÖRÜŞƏCƏK

Bakıdan qaçan Ocaqnejad hərəkətə keçdi -
“İki həftədir Azərbaycanı tərk edən Ocaqnejad İranda görüşlərə başlayıb”. KONKRET.az xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib. Jurnalist İran-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“İranın dini lideri ayətulla Əli Xameneyinin Azərbaycandakı sabiq nümayəndəsi Əli Əkbər Ocaqnejad Tehrandadır. O, Azərbaycanı iki həftədir tərk edib. Hazırda Ocaqnejad İranın ali idarəetmə strukturları arasında yer alan “Mühafizlər Şurası”nın (“Şuraye Negahban”) və “Ekspertlər Məclisi”nin (“Məclise Xobregan”) üzvləri ilə görüşlər keçirir.

Onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərkibindəki “Qüds” korpusunun komandiri, mərhum general Qasım Süleymaninin xələfi, briqada generalı İsmayıl Qəni ilə də görüşəcəyi istisna deyil.

Bu görüşlərdə əsas müzakirə mövzusu İran-Azərbaycan münasibətləridir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...