Səhiyyə Nazirliyi valideynlərə müraciət edib

Səhiyyə Nazirliyi valideynlərə müraciət edib
Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə müraciət edib.

“Report” xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məktəblilərin peyvənd olunmayan qrupa aid olduğunu bildirib.

O xatırladıb ki, azyaşlılar koronavirusu böyüklərə nisbətdə yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər: “Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunsa da, onlar evdəkiləri yoluxdura bilər".

Bilirik ki, distant təhsil effekt vermir. Dövlət məktəblərin bağlanmasını istəmir. Valideyn çalışmalıdır ki, övladının səhhəti barədə daim məlumatlı olsun. Yaxşı olardı, evdə səhər-axşam övladlarının hərarətlərini ölçsünlər. Xəstəliyindən asılı olmayaraq xəstə uşağı məktəbə buraxana qədər aşkarlamaq lazımdır. Çünki bilmədən məktəbə getdiyi vaxt ərzində şagirdlər yol boyu yoluxma sayını artırmış olur”, - o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...