Fransalı nazir: “Qiymətlər 2022-ci il ərzində də artacaq”

Fransalı nazir: “Qiymətlər 2022-ci il ərzində də artacaq”
Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer hesab edir ki, gələn il ərzində enerji və müxtəlif malların qiymətləri artmaqda davam edəcək.

“Report” xəbər verir ki, bu barədə nazir “BFMTV” kanalının efirində danışarkən deyib.

Nazir qiymət artımının polad, alüminium, taxta, neft məhsulları və qaz qıtlığı ilə əlaqəli olduğunu vurğulayıb.

“Çoxları qiymət artımının müvəqqəti olduğunu iddia edir. Ancaq hər şey bu sözlə nə demək istədiyinizə bağlıdır. Şəxsən mən 2022 -ci ilin sonuna qədər vəziyyətin yaxşılaşacağı ilə bağlı heç bir perspektiv görmürəm”.

Yanacağın qiymətinin kəskin artmasına görə fransızlara kompensasiya verilə biləcəyi ilə bağlı çoxsaylı sualları cavablandıran Le Mer, iqtisadi vəziyyətdən ən çox təsirlənən ailələrə kömək etmək üçün məqsədyönlü tədbirlərin tərəfdarı olduğunu vurğulayıb.

Qeyd edək ki, Fransada elektrik enerjisinin qiymətinin artması ölkədə bəzi müəssisələr üçün böyük problemlər yaradıb. Ölkədə enerji qiymətlərinin artımı sahibkarlıq və sənaye sahələrində fəsadlar yaradıb. Ölkədə bəzi fabriklər və zavodlar elektrik enerjisi baha olduğu üçün bağlanır. Belə fabrik və zavodlar üçün artıq seçim olmadığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...