Kabildə qadınlar etiraz aksiyası keçiriblər

Kabildə qadınlar etiraz aksiyası keçiriblər
Kabil şəhərində qadınlar Əfqanıstan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar "Taliban" hökumətini öz hüquqlarına hörmət etməyə çağırıblar. Qadınlar həmçinin hökumətdə təmsil olunmaq arzularını dilə gətiriblər.

Etirazçıların sayı 30 nəfərdən çox olub.

Bildirilib ki, “Taliban” hökuməti aksiyanı dağıdıb, çəkiliş aparan jurnalistlər döyülüblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...