Ukrayna "Bayraktar"ın hesabına Donbasda bir kəndi işğaldan AZAD ETDİ - Rusiya TANK YIĞIR

Ukrayna "Bayraktar"ın hesabına Donbasda bir kəndi işğaldan AZAD ETDİ -
Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2”lərlə separatçıların mövqelərinə raket zərbələri endirdiyi Donbasda hərbi aktivlik artıb.

Gundeminfo.az xəbər verir ki, Rusiya saytları Prezident Vladimir Putinin sərhədə tanklar göndərdiyini yazır.

“Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə ilk döyüş hücumunun həyata keçirildiyini açıqlayan Ukrayna dünən ordu birliklərinin cəbhə xəttindəki bir kəndi azad etdiyini açıqlayıb.

Baş verənlər Rusiyada narahatlıq yaradıb. Kremldən rəsmi açıqlamanın verilməsindən sonra məsələ Rusiya mediasında geniş müzakirələrə səbəb olub.“Novosti” agentliyi Donbasdakı “Bayraktar” hücumunun əsl hədəfinin Rusiya və Almaniya arasındakı “Şimal axını-2” qaz xətti olduğunu iddia edib.

Qranitnoye kəndində baş verən hücumdan sonra “Novosti”-yə açıqlama verən PUA mütəxəssisi Denis Fedutinov “Bayraktar”ın bundan əvvəl “Pantsir”ləri darmadağın etməsini gündəmə gətirib və qeyd edib ki, bölgədəki separatçıların dronları vurmaq üçün heç bir şeyləri yoxdur.

Rusiya Müdafiə Nazirliyi dünən iki uzaqmənzilli bombardmançı “Tu-22M3” qırıcısının Qara dəniz üzərində uçduğunu açıqlayıb. Strateji raket daşıya bilən təyyarələri Qara dəniz üzərində “Su-27”lərin müşayiət etdiyi bildirilib.

Rus ordusuna yaxınlığı ilə tanınan internet saytları isə Ukraynanın indiyə qədər “Bayraktar TB2”lərlə ən az 30 hücum təşkil etdiyini, Rusiya hava hücumundan müdafiə sistemlərinin indiyə qədər 15 türk PUA-sını vurduğunu iddia edib.Baş verənlərdən sonra Rusiya ordusunun qatarlarla Ukrayna sərhədinə tank və zirehli texnika daşıdığı deyilir./teleqraf/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...