Rusiyada COVID-19-a gündəlik yoluxma sayı 40 mini ötüb

Rusiyada COVID-19-a gündəlik yoluxma sayı 40 mini ötüb

Rusiyada son sutkada koronavirusa yoluxanların sayı daha 40 735 nəfər artaraq, 8 714 595 nəfərə yüksəlib.

Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 28 605 nəfər sağalıb və bu baxımdan ümumi say 7 505 971 nəfərə çatıb.

COVID-19-a yoluxmuş 1192 nəfər dünyasını dəyişib. Pandemiya baş qaldırandan indiyədək Rusiyada koronavirus səbəbindən ölənlərin ümumi sayı 244 447 nəfər təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 412 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...