Saakaşvilinin daha bir videosu yayıldı – “Siz qulsunuz!”

Saakaşvilinin daha bir videosu yayıldı –

Gürcüstanın eks prezidenti Mixael Saakaşvilinin daha bir videosu yayılıb.

Bizim.Media-nın özəl olaraq əldə etdiyi videoda Saakaşvilinin həbsxana işçiləri ilə mübahisə etdiyi görünür.

Gizli mənbələrin bildirdiyinə görə, Münaqişə Saakaşvilinin həbsxanada hospital adı ilə yerini dəyişəndə çəkilib.

“Siz məni aldatmısız, məni geri qaytarın. Siz quldursunuz, əliniz qana batıb. Siz Putinin qullarısınız, İvanaşvili ilə birlikdə onun göstərişini yerinə yetirirsiz. Siz alçaqsınız”, - deyə o, qışqırır.

Daha sonra o, həbsxana qulluqçularından dərhal onu geri qaldığı yerə qaytarmaqlarını tələb edib.

“Mən buradan çıxmayacam, məni geri qaytarın. Siz kimsiniz axı, mənə əmr edirsiniz? Siz heç kimsiniz, hamınız qulsunuz”- deyə, o, əsəbi halda mübahisəsini davam etdirib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...