Zori Balayan yenidən xortlayıb - Vilayət Quliyev: “İçimi bir qorxu almışdı”
“Özünü, övladlarının gələcəyini düşünən ermənilərin əslində İrəvanın Teatr meydanında dar ağacından asmalı olduqları Zori Balayan yenidən xortlayıb və haylara yaxın gələcəkdə mütləq "Şuşidə" Qazançı kilsəsinin qələbə zənginin sədaları altında "Astvas! Xristos! Hayastan!" deyə bir-birlərinə sarılacaqlarının "müjdəsini" verib”.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev erməni terrorunun ideoloqlarından biri, yazıçı Zori Balayanın ortalıqda peyda olmasından danışarkən deyib.
V.Quliyev işğaldan azad olunmiuş Şuşaya ilk səfərindən sonra (avqust, 2021) yazdığı təəssüratdan bir parçanı xatırladıb:
"Etiraf edim ki, dəhşətli 1992-ci ildə Şuşanın işğal sarsıntısı, şoku bir az səngiyəndən sonra içimi başqa qorxu almışdı. Yəqin ki, eyni hissləri minlərlə soydaşımız da yaşayıb. Düşünürdüm ki, tezliklə dünyanın hər yerindən erməni zənginləri tökülüşüb Qarabağa gələcəklər. Milyonlar xərcləyib Allahın hər şeyi səxavətlə bəxş etdiyi Şuşada qısa zamanda cənnət yaradacaqlar. Onu dünya miqyasında bir erməni brendinə çevirəcəklər. Ən məşhur dağ kurortlarını kölgədə qoyan yeni, möcüzəvi bir şəhər inşa edəcəklər. Sonra da bütün aləmə car çəkəcəklər ki, “gəlin, baxın, bu torpağın, bu yerlərin həqiqi sahibinin kimliyini, onun nələrə qadir olduğunu görün! “Vəhşi köçərilərin” məhv etdikləri qədim erməni şəhərini təzədən qurduq, həyat verdik. Təkcə adını deyil, simasını da yenilədik. Hər şeyi kökündən dəyişdik. Baxın, ermənilərin vətən sevgisinin nə olduğunu görün!”.
Amma əvəzində nə gördük? Böyük bir xarabazarlıq! Və bu xarabazarlıqda səfalət içində günlərini keçirən, dağıntılar arasında kölgə kimi sürünən, Şuşanın keçmişindən xəbərsiz, gələcəyinə laqeyd neandertal təfəkkürlü bir ikiayaqlı sürüsü. Bu sürü mövcud olanı dağıtdı, amma yeni heç bir şey qurmadı, qura bilmədi".
1 094 dəfə oxundu