Daha 6 qazi müalicə üçün Türkiyəyə göndərildi

Daha 6 qazi müalicə üçün Türkiyəyə göndərildi

Vətən Müharibəsində ağır yaralanan daha 6 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə "Unikal"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, qazilərimiz Zöhrablı Təbriz Atamoğlan oğlu, Əliyev Heydər Zakir oğlu, Rəhimov Rəşad Surxay oğlu, Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu və Mabudlu Şaban Baloğlan oğlu artıq Türkiyəyə yola salınıb:

""YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir", - məlumatda qeyd edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 150 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 108-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...