Tixanovskayanın həyat yoldaşına hökm oxundu

  Tixanovskayanın həyat yoldaşına hökm oxundu

Belarus məhkəməsinin qərarına əsasən, bloger Sergey Tixanovski 18 il azadlıqdan məhrum edilib.

Gundeminfo.az “Reuters”ə istinadla xəbər verir ki, S.Tixanovski və tərəfdaşları Belarusda kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.

Tixanovski 2020-ci ilin mayında avqustda keçiriləcək prezident seçkilərində Belarus lideri Aleksandr Lukaşenkoya qarşı mübarizə aparmağa hazırlaşdığı üçün həbs edilmişdi.

Qeyd edək ki, Sergey Tixanovski Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...