Qazaxıstanda ölüm hökmü rəsmən ləğv edildi

Qazaxıstanda ölüm hökmü rəsmən ləğv edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölüm hökmünün ləğv olunması üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi haqda qərarı təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qəbul olunan dəyişikliklər ölüm hökmünün Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrdən çıxarılmasını nəzərdə tutur.

Qanuna dəyişiklik Qazaxıstanın 2021-ci ilin yanvarında ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında həyata keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...