Saakaşvili naməlum istiqamətdə aparılıb

Saakaşvili naməlum istiqamətdə aparılıb
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçi Qori şəhərindən naməlum istiqamətdə aparılıb.

“Report”un “RİA Novosti”yə istinadən xəbərinə görə, Yelizaveta Yasko bu barədə feysbukdakı hesabında yazıb.

"Məlumat var ki, Mixeil Saakaşvilini Qoridən çıxarıblar! Naməlum istiqamətdə! Vəkillər onun Qoridə olmadığını təsdiqləyiblər! Onun vəziyyətini və aparıldığı istiqaməti heç kim bilmir!", - Yasko sosial şəbəkədəki hesabında yazıb.

Çərşənbə axşamı Yasko siyasətçinin vəziyyətinin ağır olduğunu açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...