Qazaxıstanda qazı bahalaşdıran zavod direktoru saxlanıldı

Qazaxıstanda qazı bahalaşdıran zavod direktoru saxlanıldı
Qazaxıstanın Janaozen şəhərində qaz emalı zavodunun direktoru Nakbergen Tulepov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yeniavaz.com "RIA Novosti"yə istinadla xəbər verir ki, maye qazın qiymətini səbəbsiz yerə qaldırdığı üçün Maliyyə Monitorinqi Agentliyi onun barəsində ibtidai istintaqa başlayıb.

Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində etirazlar başlayıb. Əhali maye qazın dəyərinin kəskin artmasına etiraz edir. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də, etirazlar davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
669 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...