"Qazaxıstandakı etirazların lideri mənəm" - Bankir Muxtar Ablyazov danışdı

"Qazaxıstandakı etirazların lideri mənəm" -

Xaricdə gizlənən “Bank Turan Alem”in (BTA Bank) keçmiş rəhbəri Muxtar Ablyazov özünü ölkədəki müxalifətin və etirazların lideri adlandırıb. Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Mühacir qazax bankirin sözlərinə görə, Almatıdakı etirazçılar ondan hər gün necə davam edəcəyini soruşurlar: "Etirazların sakitləşməsi üçün Qazaxıstana qayıtmağa və “müvəqqəti hökumətə” rəhbərlik etməyə hazıram". O, etirazları əlaqələndirmək üçün Qərbdən vəsait almadığını da vurğulayıb.

Qeyd edək ki, Muxtar Ablyazovovun qərargahı Kiyevdə, özü isə Parisdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...