Qazaxıstanda iğtişaşlar zamanı neçə nəfər ölüb? - Say açıqlandı
Qazaxıstanda iğtişaşlar zamanı 164 nəfər insan həlak olub.
Gundeminfo.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bəri Alma-Ata şəhərində 103 nəfər ölüb. Qızılorda vilayətində 21 nəfər, Jambil vilayətində 10 nəfər, Alma-Ata bölgəsində isə 8 nəfər ölüb.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.
649 dəfə oxundu