Donbassda hərbçilər Azərbaycan vətəndaşlarını saxlayıb

  Donbassda hərbçilər Azərbaycan vətəndaşlarını saxlayıb
“Donbassda demarkasiya xəttinin bir kilometrliyində, Luqansk vilayətindəki müşahidə məntəqəsində iki Azərbaycan vətəndaşı saxlanılıb”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoxlamadan sonra Milli Qvardiya onlardan birinin Ukraynada qalma müddətinin yanvarın 10-da başa çatdığını, digərinin isə səbəbsiz olaraq Ukrayna ərazisində olduğunu müəyyən edib. Həmçinin məlum olub ki, sözügedən şəxslərin əvvəllər məhkumluğu da olub. Ukrayna Milli Qvardiyası vəziyyəti müəyyənləşdirmək və daha sonra qanuni qərar qəbul etmək üçün saxlanılanları Ukrayna Dövlət Sərhəd Xidmətinə təhvil verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...