"Taliban" 95 minlik yeni ordu formalaşdırır

"Taliban" 95 minlik yeni ordu formalaşdırır
"Taliban" Əfqanıstanda 95 min nəfərdən ibarət təhlükəsizlik qüvvələri yaradır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın daxili işlər naziri Siracuddin Həqqani bildirib.

Onun sözlərinə görə, Əfqanıstan ərazisində baş verən partlayışların arxasında İŞİD silahlıları və keçmiş hökumətin bəzi üzvləri dayanır.

Haqqani əlavə edib ki, "Taliban" həm təhlükəsizlik sferasında, həm də ideoloji cəhətdən İŞİD-lə qarşılaşmağa çalışır.

Nazir, həmçinin hesab edir ki, ABŞ-ın tərtib etdiyi terrorçular siyahısında onun adının olması da bütün əfqanlara ziyan vurur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...