Türkiyədə məşhur aparıcının ərini qətlə yetirdilər

Türkiyədə məşhur aparıcının ərini qətlə yetirdilər

Türkiyədə məşhur aparıcı Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu öldürülüb.

Gecə saatlarında İstanbulda restoranlardan birində naməlum şəxslər tərəfindən Mahmutyazıcıoğlu və sürücüsü naməlum şəxslər tərəfindən güllələnib.

Onlar xəstəxanaya yerləşdiriliblər. Mahmutyazıcıoğlu həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, Mahmutyazıcıoğlu bir müddət “Beşiktaş” futbol klubunun idarə heyətində olub.

Uzun illər Ece Erkenlə veriliş təqdim edən Bircan Bali “Söyləməsəm olmaz” proqramının canlı yayımında bəzi açıqlamalar verib.

Onun sözlərinə görə, Mahmutyazıcıoğluna yeddi güllə vurulub. Onun son sözü “Lütfən, məni xilas edin” olub. Həyat yoldaşının ölüm xəbərini alan Ece Erkenlə əlaqə saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Mənbə: Sondakika



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...