Paşinyanın ardınca müdafiə naziri, Baş Qərargah rəisi də yoluxdu

Paşinyanın ardınca müdafiə naziri, Baş Qərargah rəisi də yoluxdu
Bu gün Ermənistanda Silahlı Qüvvələr günü qeyd olunur.

Modern.az "Hraparak"a istinadən xəbər verir ki, ermənilərin milli bayram saydığı Ordu gününün yubileyi olsa da, təmtəraqla qeyd edilməyəcək.

Əvvəlcədən planlaşdırılan böyük bayram tədbiri dünən ləğv edilib. Məlumata görə, səbəb Silahlı Qüvvələrin rəhbərliyindəki bir sıra yüksək rütbəli şəxslərdə, xüsusən müdafiə naziri Suren Papikyanda, Baş Qərargah rəisi Artak Davtyanda, eləcə də dəvət olunmuş bəzi şəxslərdə koronavirus infeksiyasının aşkarlanmasıdır.


Xatırladaq ki, srağagün baş nazir Nikol Paşinyanda da ikinci dəfə COVID-19 aşkarlanıb və onun özünü təcrid etdiyi məlum olub.

“Hraparak” qəzeti isə yazır ki, yaranmış vəziyyət hakimiyyətin bunu mütəşəkkil şəkildə qəsdən təşkil etdiyi təəssüratı yaradır. Qəzetin yazdığına görə, 44 günlük müharibədəki məğlubiyyət hökuməti Ordu gününü təmtəraqla qeyd etməkdən yayınmağa məcbur edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...