Ermənistan-Azərbaycan dəmir yolunun operatoru Rusiya şirkəti olacaq

Ermənistan-Azərbaycan dəmir yolunun operatoru Rusiya şirkəti olacaq

“Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (CQDY, “Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsi) Ermənistan və Azərbaycan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq.

“APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında bildirib.

“Dəmir yolunun bərpası ilə bağlı mütəmadi olaraq ikitərəfli əlaqələrimiz olacaq, çünki infrastrukturun operatoru CQDY-dir. Hesab edirik ki, dəmir yollarının tikintidən dərhal sonra fəaliyyətə başlaması üçün operatorla əməkdaşlığımız sıx olmalıdır. “Rusiya Dəmir Yolları” bu sahədə dünyanın ən ciddi təşkilatlarından biridir”, - M. Qriqoryan qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...