Ermənistana verilən hərbçilərlə bağlı Aİ-dən açıqlama

  Ermənistana verilən hərbçilərlə bağlı Aİ-dən açıqlama
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Toivo Klaar tvitter hesabında paylaşım edib.

“Bu, ötən cümə günü Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Aİ Şurası prezidenti Şarl Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra mühüm humanitar jestdir” ,- paylaşımda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...