Ukraynanda ehtiyatda olan hərbçilər orduya çağırılıb

  Ukraynanda ehtiyatda olan hərbçilər orduya çağırılıb
Ukrayna prezidenti Vladimir Zelenski ehtiyatda olan hərbçiləri orduya çağırıb.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə o, ötən gün axşam xalqa etdiyi müraciətdə bildirib.
“Bu gün ümumi səfərbərliyə ehtiyac yoxdur. Ukrayna ordusunu və digər hərbi birləşmələri tez bir zamanda tamamlamalıyıq. Mən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi xüsusi müddətdə ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması haqqında fərman vermişəm. Söhbət sırf operativ ehtiyata təyin edilmiş vətəndaşlardan gedir. Biz Ukrayna ordusunun əməliyyat vəziyyətində bütün mümkün dəyişikliklərə hazırlığını artırmalıyıq. Yaxın vaxtlarda terrorçulardan müdafiə sisteminin ehtiyatda olan hərbçilərinin də təlim-məşq toplantısı keçiriləcək”, - Zelenski bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...