"Belarus işğala yardım edir, NATO Ukraynanın yanındadır" - Baş katib

"Belarus işğala yardım edir, NATO Ukraynanın yanındadır" -
“Putin sülhü məhv etdi, Belarus da işğala yardım etdi. NATO Ukraynanın yanındadır”. “Report” xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.

“Ötən həftədə Alyansımızın şərq cinahındakı mövcudluğumuzu gücləndirdik. Bizim müdafiə məsələsindəki öhdəliklərimiz mübahisəsizdir. NATO ərazilərini müdafiə etməyə davam edəcək”, - o vurğulayıb.

Yens Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə savaşmaq istəmir:

“Problem xoşniyyətli diplomatik yollarla həll edilməlidir. Bütün dünya sülh üçün Ukraynanın yanındadır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...