ABŞ və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

ABŞ və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Amerika Birləşmiş Ştatları və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Kanada Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında bildirilib.

Xüsusilə də hər iki qurum öz vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edir.

“Rusiya hərbçilərinin Ukraynaya əsassız hücumu, Rusiya təhlükəsizlik rəsmiləri tərəfindən ABŞ vətəndaşlarının təqib edilməsi ehtimalı, səfirliyin Rusiyadakı ABŞ vətəndaşlarına yardım imkanlarının məhdud olması, terrorizm, bu ölkəyə uçuşların məhdudlaşdırılması səbəbindən Rusiya Federasiyasına səfər etməyin”,- ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Kanada Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına müvafiq müraciətlər dərc edib.

“Hazırda Rusiyadasınızsa, kommersiya səyahət imkanları hələ də mövcud olduğu halda dərhal oranı tərk etməlisiniz”, - nazirliyin bəyanatında deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...