Doğum evindəki fotosu ilə gündəmə gələn qadın bloqer imiş - VIDEO

Doğum evindəki fotosu ilə gündəmə gələn qadın bloqer imiş -
Xəbər verdiyimiz kimi, martın 9-u Ukraynanın Mariupol şəhərində Rusiya qoşunları tərəfindən doğum evi və uşaq xəstəxanası vurulub. Bildirilir ki, doğum evinin bombalanması nəticəsində 17 nəfər yaralanıb və onların arasında yeni ana olan qadınlar da var.

“Qafqazinfo”nun məlumatına görə, faciədən sonra xəstəxanadan təxliyə olunan şəxslərin fotoları dünya mediasında geniş yayılıb. Bu fotolar sırasında yaralı hamilə qadının təxliyə olunması böyük müzakirələrə səbəb olub və bir sıra aparıcı KİV-də əsas foto olaraq paylaşılıb.

Bunun ardınca, ukraynalı sosial şəbəkə istifadəçiləri sözügedən şəkildə yer alan qadının bloqer-model Marianna Podqurskaya olduğunu bildiriblər.

Rusiya mediası isə iddia edir ki, həmin xəstəxana bir müddət əvvəl təxliyə olunub və son zamanlar “Azov” batalyonunun döyüşçüləri tərəfindən istifadə olunub. Belə ki, Rusiya KİV xəstəxanadan hamilə qadının təxliyəsinin və fotosunun feyk və qurama olduğunu deyir. Qeyd olunub ki, o, həqiqətən hamilə olsa da, həmin vaxt doğum evində ola bilməzdi.

Digər sosial şəbəkə istifadəçiləri isə görüntülərin real olduğunu bildirir. Belə ki, foto ilə yanaşı, həmin gün xəstəxanadan yayılan digər kadrlar, hamilə qadınların videoları fakt kimi şərh olaraq paylaşılır. Bildirilir ki, o gün Marianna ilə yanaşı, bir neçə hamilə qadın xəstəxanadan təxliyə edilib. O, sadəcə məşhur olduğu üçün fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, bloqerin özü instaqram hesabında ən son olaraq iki həftə əvvəl Mariupoldan, bir həftə öncə isə hamiləliklə bağlı paylaşım edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...