Zaparojye AES Rusiya şirkətinin nəzarətinə keçib

  Zaparojye AES Rusiya şirkətinin nəzarətinə keçib

Ukraynada yerləşən Zaporojye AES-də rəhbər işçilər toplanıb və stansiyanın hazırda “Rosatom”a (Rusiya Dövlət Atom Enerjisi Korporasiyası – red.) məxsus olduğunu bildiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın “Energoatom” şirkətinin rəhbəri Petro Kotin bildirib.
“Bu gün hərbi-mülki administrasiyanın nümayəndələri stansiyaya gələrək rəhbərliyi toplayıblar. Adlarını demirlər, yalnız hərbi-mülki idarənin nümayəndələri olduqlarını deyirlər. Rəhbərliyə dedilər ki, bu, indi “Rosatom” stansiyasıdır və artıq Ukraynaya aid deyil. Onlar deyirlər ki, bura çoxdan gəliblər və bura indi qoşunun ərazisidir, ona görə də atom elektrik stansiyası "Rosatom"un fərmanlarına uyğun fəaliyyət göstərməlidir”, - Kotin deyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...