Ukraynada atəşə tutulan çəkiliş qrupunda ölən jurnalistlərin sayı artdı -
Ukraynada Rusiya Ordusunun hərbi əməliyyatları zamanı “Fox News”un çəkiliş qrupunun atəşə tutulması nəticəsində daha bir jurnalist - Aleksandra Kuvşinova həlak olub.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Ukraynalı jurnalist çəkiliş qrupunu müşayiət edib.
“Fox News”un ərazidə konsultantı kimi işləyən ukraynalı jurnalist Aleksandra Kuvşinova bazar ertəsi “Fox News”un operatoru Pyer Zakrjevski ilə birlikdə avtomobillərinin atəşə tutulması nəticəsində həlak olub. Onun 24 yaşı var idi”, - kanalın saytında yerləşdirilən məlumatda deyilir.
Bundan əvvəl teleşirkət həmin avtomobildə olan digər müxbir Benjamin Hollun yaralandığını, operator Pyer Zakrjevskinin isə öldüyünü açıqlamışdı.
Qeyd edək ki, Rusiya Ordusunun hərbi əməliyyatları nəticəsində amerikalı jurnalist Brent Reno da həlak olub. Kiyev vilayəti üzrə polis idarəsinin rəisi Andrey Nebitov bildirib ki, jurnalist Ukraynanın İrpin şəhərinin atəşə tutulması zamanı ölüb. “Time” nəşriyyatının məlumatına görə, o, son vaxtlar amerikalı qaçqınlar haqqında layihə üzərində işləyirdi.
Mənbə: news.ru
1 002 dəfə oxundu