"Pirelli" Rusiyada zavodlarının fəaliyyətini məhdudlaşdıracaq

"Pirelli" Rusiyada zavodlarının fəaliyyətini məhdudlaşdıracaq
İtaliyanın təkər istehsalçısı olan "Pirelli" şirkəti Ukraynadakı hadisələr fonunda Rusiyaya investisiyaların dayandırıldığını və bu ölkədə müəssisələrin fəaliyyətinin məhdudlaşdırılacağını açıqlayıb.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, şirkət cümə axşamı yaydığı məlumatda Rusiyaya, təhlükəsizliklə bağlı olanlar istisna olmaqla, investisiyaları dayandırdığını bildirib.

"Rusiyada tədricən müəssisələrin fəaliyyəti işçilərin əmək haqqının və sosial xidmətlərin maliyyələşdirilməsini təmin etmək üçün zəruri olan fəaliyyətlərlə məhdudlaşacaq", - məlumatda qeyd olunur. Vurğulanır ki, "Pirelli" Ukraynadakı hadisələri davamlı olaraq izləmək üçün böhran komitəsi yaradıb və təsirləri azalda biləcək tədbirlər hazırlanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 049 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...