Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Nazirlər Ukraynadakı hazırkı vəziyyəti və son yenilikləri, habelə Ukrayna tərəfinin Rusiya ilə təmaslarını müzakirə ediblər.

Qeyd edək ki, son günlər rəsmi Ankaranın Ukrayna və Rusiya arasında vasitəçi olmaq cəhdləri, habelə Türkiyə vətəndaşlarının qaynar nöqtələrdən çıxarmaq üçün iki ölkə ilə təmasları mütəmadi xarakter alıb. Belə ki, martın 10-da Antalya şəhərində Türkiyə, Ukrayna və Rusiya XİN başçıları Mövlud Çavuşoğlu, Dmitro Kuleba və Sergey Lavrov arasında üçtərəfli görüş keçirilib.

Bundan sonra M.Çavuşoğlu martın 16-da Rusiyanın paytaxtı Moskvaya və martın 17-də isə Ukraynanın Lvov şəhərinə səfər edib, S.Lavrov və D.Kuleba ilə görüşüb. M.Çavuşoğlu hər iki ölkədən olan həmkarları ilə sıx şəkildə telefonla da əlaqə saxlayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...